AZ

HƏMAS lideri efirdə aparıcını “cəhhənnəmə yolladı” – canlı yayım qalmaqalı

Misirin Al Rad telekanalında yayımlanan veriliş zamanı HƏMAS-ın yüksək vəzifəli nümayəndəsi Əbu Marzuk ilə aparıcı arasında gərgin mübahisə yaşanıb.

Musavat.com xəbər verir ki, qalmaqal aparıcının “7 oktyabr hücumu fələstinlilərin azadlığına gətirdimi?” sualından sonra baş verib.

Sualdan qəzəblənən Əbu Marzuk “hörmətli suallar verməyi” tələb edib. Aparıcı isə bunun Fələstin cəmiyyətində səslənən sualları əks etdirdiyini bildirib.

Gərgin mübahisədən sonra Əbu Marzuk efiri yarımçıq tərk edərək aparıcını “cəhhənnəmə yollayıb”.

Aparıcı isə buna cavab olaraq deyib:

“Mən sizə bu tonda danışmağa icazə vermirəm. Bu davranış HƏMAS hərəkatının düşüncə tərzini və fələstin xalqının kütləvi məhv fonunda suallardan qaçdığını nümayiş etdirir".

Musavat.com

Seçilən
55
50
musavat.com

10Mənbələr