ADA Universiteti artıq 5 ildir Begin Edu Fair sərgisində iştirak edir və Azərbaycanı beynəlxalq səviyyədə təmsil edir.
Bu barədə AZƏRTAC-a ADA Universitetinin Tələbə qəbulu şöbəsinin meneceri Aytəkin Hüseynova məlumat verib.
Onun sözlərinə görə, Astanada keçirilən sərgidə universitetin əsas məqsədi həm Azərbaycanı tanıtmaq, həm də qazaxıstanlı tələbələrə ADA Universitetindəki təhsil imkanlarını göstərməkdir. "Hazırda ADA Universitetində 20-dən çox qazaxıstanlı tələbə bakalavr və magistratura proqramlarında təhsil alır", - deyə o bildirib.
Aytəkin Hüseynova əlavə edib ki, universitet və onun təqdim etdiyi imkanlar barədə daha çox məlumat yaymaq vacibdir. Bu məqsədlə ADA Universiteti Astanada keçirilən Bolashaq sərgisində də iştirak edəcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana