AZ

“Azərbaycan komandasını qaçmağa məcbur etdik”

Fransa millisinin və “Milan”ın yarımmüdafiəçisi Adrien Rabyo Azərbaycan millisinə qarşı oyunla bağlı təəssüratlarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin 3-cü tur qarşılaşmasında Fransanın qalib gəldiyi matçda Rabyo komandasının ikinci qolunun müəllifi olub.

O, TF1 telekanalına açıqlamasında bildirib:

“Beş müdafiəçi ilə oynayan komandalarla çıxış etmək həmişə çətindir. Birinci hissədə oyunumuzu açmaqda çətinlik çəkdik, topu çox yavaş ötürürdük.

İkinci hissədə isə hər şey daha yaxşı idi. Rəqibi qaçmağa məcbur etdik.

Belə oyunlarda səbirli olmaq lazımdır və bu, öz nəticəsini verdi. Belə komandaya qarşı ikinci qol çox vacib idi, çünki hər an nəsə baş verə bilərdi.

Bu axşam burada qol vurduğuma görə çox xoşbəxtəm, həm də azarkeşlərin mənə etdikləri alqış üçün məmnunam. Düşünürəm ki, İslandiyaya qalib gəlsək, final mərhələsi artıq bizim cibimizdə olacaq.

Bu gün əsas məsələ öz işimizi düzgün görmək idi. Orada (İslandiyada) fərqli oyun olacaq, noyabra qədər daha rahat olacağıq”.

Seçilən
16
sportinfo.az

1Mənbələr