ABŞ Prezidenti Donald Trampla Venesuelanın müxalifət lideri, Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado arasında telefon danışığı baş tutub.
Ölkə.Az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə mətbuat konfransında danışıb.
Tramp Maçadonun ona "Bu mükafatı sizin şərəfinizə qəbul edirəm, çünki əslində buna siz layiq idiniz" dediyini bildirib.
Tramp Maçadonun jestinə görə təşəkkür etdiyini deyib.
"Bu, həqiqətən gözəl jest idi. Mən "Onda mükafatı mənə verin" demədim, amma bəlkə də o verə bilərdi", - deyə Tramp söyləyib.
Nobel Sülh Mükafatı laureatı Maçado “X” sosial media platformasında paylaşım edərək yazıb:
"Bu mükafatı əziyyət çəkən Venesuela xalqına və işimizə verdiyi qətiyyətli dəstəyə görə Trampa həsr edirəm".
Qeyd edək ki, Venesuela parlamentinin keçmiş deputatı, ictimai xadim Maria Korina Maçado Venesuela xalqının demokratik hüquqlarının təşviqi istiqamətində göstərdiyi fəaliyyətinə görə mükafata layiq görülüb.
ABŞ Prezidenti Donald Trampın namizədliyi dəstəklənməyib.
Billurə Yunus