AZ

"Türkiyə və Azərbaycan Cənubi Qafqaz regionunda mövqelərini gücləndirmək istəyirlər" - VİDEO

Beynəlxalq münasibətlər üzrə ekspert Kristina Ermak Azərbayca, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin Ankarada keçiriləcək üçtərəfli görüşünü şərh edib.

Musavat.com xəbər verir ki, o, Alpha News-a açıqlamasında bu barədə fikirlərini bölüşüb.

“Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında əməkdaşlıq artıq bir neçə ildir davam edir. Bu ilki görüş artıq on ikinci dəfə keçiriləcək. Əgər bu təmasların dinamikasına baxsaq, görərik ki, bu cür görüşlər regionun təhlükəsizliyi məsələlərinin müzakirəsinə yönəlib. Türkiyə NATO üzvü, Gürcüstan isə uzun müddət Avropa İttifaqına yaxınlaşma kursu aparan ölkə olsa da, hər üç dövlət hesab edir ki, regional təhlükəsizliyi və ümumilikdə regionun gələcəyi ilə bağlı baxışları Avro-Atlantik müdaxiləsi olmadan müzakirə etmək lazımdır,” — deyə, Ermak bildirib.

Ekspertin fikrincə, əvvəlki görüşlərin nəticələri anti-erməni xarakter daşıyıb:

“Əvvəlki görüşlərin nəticələrinə baxsaq, onların Ermənistanı region təhlükəsizliyi üçün ‘destabilləşdirici faktor’ kimi təqdim etdiyini görərik. Bu baxımdan, müdafiə nazirləri arasında kommunikasiya Türkiyə və Azərbaycan üçün öz təsirini artırmaq, diplomatik güclərini nümayiş etdirmək və regionda baş verən proseslərə təsir imkanlarını göstərmək alətidir,” - deyə, Ermak əlavə edib.

Musavat.com

Seçilən
11
musavat.com

1Mənbələr