AZ

İran alternativ mükafat təqdim edir: Nobel yox, Nəsrullah

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İran Nobel Sülh Mükafatına alternativ mükafat təklifi ilə çıxış edib.

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bunu İran Ekspertlər Şurasının (Şura-ye Xobreqan) sədr müavini Abbas Kəbi Nobel Sülh Mükafatının Venesuela parlamentinin keçmiş deputatı Maria Korina Maçadoya verilməsi ilə əlaqədar bəyan edib.

Nobel Mükafatının öz ideallarından uzaqlaşdığını vurğulayan Kəbi bu səbəbdən Nobel Sülh Mükafatına alternativ "Nəsrullah Mükafatı"nın yaradılmasını təklif edib.

Söhbət İsrailin qətlə yetirdiyi "Hizbullah" lideri Nəsən Nəsrullahdan gedir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
8
oxu.az

10Mənbələr