AZ

Əl Ərəbiyyə: Rəfah keçid məntəqəsi oktyabrın 14-də açılacaq

BAKI, 11 oktyabr. TELEQRAF

"Qəzza zolağı ilə Misir arasındakı Rəfah sərhəd keçid məntəqəsi oktyabrın 14-də açılacaq".

Teleqraf xəbər verir ki, bu barədə "Əl Ərəbiyyə" telekanalı məlumat yayıb.

Məlumata görə, sərhəd keçidi “hər iki istiqamətdə fəaliyyət göstərəcək” və bu, yaralı fələstinlilərin, eləcə də tibbi yardıma ehtiyacı olan ağır xəstələrin müalicə üçün Misir xəstəxanalarına təxliyə edilməsinə imkan verəcək. Bundan əlavə, onlar Fələstin anklavına qayıda biləcəklər. Lakin “humanitar yardım aparan yük maşınları keçiddən buraxılmayacaq, çünki o, yalnız fərdi şəxslər üçün nəzərdə tutulub”. Qəzza zolağının əhalisinə yardım "Kerem Şalom" sərhəd keçid məntəqəsi vasitəsilə çatdırılacaq.

Seçilən
89
10
teleqraf.com

10Mənbələr