Son günlər KATV şirkətinin internet xidməti ilə bağlı şikayət Yasamal, həm də Abşeron rayonlarında artmaqdadır.
NOCOMMENT.az Bakunews.az-a istinadən xəbər verir ki, sakinlər bildirirlər ki, internetdə tez-tez fasilələr yaranır, əlaqə kəsilir və problem uzun müddət aradan qaldırılmır.
Ən çox maraq yaradan odur ki, abunəçilər nasazlıqlar haqqında məlumat vermək üçün şirkət 127 və (012) 310 01 27 nömrələrə zəng edərək əlaqə saxlaya bilmirlər. Zəng vaxtı səs siqnalı gəlmədən seçilən kəsilir.
Vətəndaşlar açıq şəkildə istehlakçı hüquqlarının bunu necə qiymətləndirəcəyini sual edir:
“Əgər müştəri qaynar xəttə belə zəng edə bilmirsə, bu, vətəndaşın hüquqlarının tapdalanması deyil, bəs nədir?”
Hazırda həm Yasamal, həm də Abşeron probleminin uzun müddətdir davam etdiyini bildirir və aidiyyatı qurumlardan məsələyə nəzarət edilməsi tələb olunur.