BAKI, 12 oktyabr. TELEQRAF
Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində daha 8 oyun keçirilib.
Teleqraf xəbər verir ki, E qrupunda yer alan Türkiyə millisi səfərdə Bolqarıstanı darmadağın edib - 6:1.
Matçda hesabı 11-ci dəqiqədə Arda Gülər açıb, cəmi iki dəqiqə sonra isə Radoslav Kirilov bərabərlik qolunu vurub.
49-cu dəqiqədə bolqarların müdafiəçisi Viktor Popov avtoqol müəllifi olub. "Ay-ulduzlu" komandanın digər qollarını isə Kənan Yıldız (51, 56), Zeki Çelik (65) və İrfan Can Kahveci (90+3) vurub.
Eyni qrupun digər görüşündə İspaniya doğma meydanında Gürcüstanı 2:0 hesabı ilə üstələyib.
DÇ-2026
Seçmə mərhələ
11 oktyabr
E qrupu
22:45 Bolqarıstan - Türkiyə 1:6
22:45 İspaniya - Gürcüstan 2:0
Xal durumu: İspaniya - 9, Türkiyə - 6, Gürcüstan - 3, Bolqarıstan - 0.
F qrupu
20:00 Macarıstan - Ermənistan 2:0
22:45 Portuqaliya - İrlandiya 1:0
Xal durumu: Portuqaliya - 9, Macarıstan - 4, Ermənistan - 3, İrlandiya - 1.
I qrupu
20:00 Norveç - İsrail 5:0
22:45 Estoniya - İtaliya 1:3
Xal durumu: Norveç - 18, İtaliya - 12, İsrail - 9, Estoniya - 3, Moldova - 0.
K qrupu
17:00 Latviya - Andorra 2:2
22:45 Serbiya - Albaniya 0:1
Xal durumu: İngiltərə - 15, Albaniya - 11, Serbiya - 7, Latviya - 5, Andorra - 1.