AZ

Zaqatalada iki maşın toqquşub, xəsarət alanlar var

Qax-Zaqatala avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, marşrut avtobusu ilə "Vita" markalı mikroavtobus toqquşub.

Bu zaman hər iki sərnişin avtomobili aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər yaralanıblar. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Yaralılar dZaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə DYP əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
45
2
unikal.az

10Mənbələr