Zaqatalada toydan qayıdan sakinlər qəzaya uğrayıb, xəsarət alanlar var.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə oktyabrın 11-i saat 23 radələrində Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində baş verib.
Belə ki, Zaqatala rayonun sakininin idarə etdiyi “Mercedes Vito” markalı sərnişin daşıyan mikroavtobusla rayonun Muxax kənd sakininin idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub.
Qəza zamanı mikroavtobusda olan xeyli sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər.
Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir. Mikroavtobusda olan sərnişinlərin rayonun Qımır kənd sakinləri olduqları bildirilir. Onlar Zaqatalada fəaliyyət göstərən şadlıq evlərindən birində keçirilən toy məclisindən evlərinə qayıdıblar.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
23:55
Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın bölgə müxbiri xəbər verir ki, qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Belə ki, sərnişin daşıyan mikroavtobusla “Mercedes Vito” markalı sərnişin avtomobili toqquşub.
Hazırda hadisə yerində araşdırma aparılır.









