AZ

Joni Montieldən və Marko Yankoviçdən xəbər var

ain.az, sport24.az portalına istinadən məlumat verir.

"Qarabağ"ın futbolçusu Joni Montielin komandada debüt edəcəyi vaxt müəyyənləşib. Sport24.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi zədəsini yeni sağaldıb və tezliklə kollektivlə məşqlərə qoşulacaq.Oyunçunun oktyabrın 17-də, VIII turda "Turan Tovuz"la matçda meydana çıxma ehtimalı çox azdır.Baş məşqçi Qurban Qurbanov Montielə IX turda, oktyabrın 26-da "Şamaxı" ilə görüşdə şans verməyi düşünür.Bundan əlavə, "köhlən atlar"ın digər yarımmüdafiəçisi Marko Yankoviç də zədəsini sağaldıb. Onun oktyabrın 22-də Çempionlar Liqasında "Atletik"lə qarşılaşmada hazır olacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
sport24.az

1Mənbələr