AZ

Türkiyə millisində ciddi itki

"Fənərbaxça"nın və Türkiyə millisinin əsas oyunçusu İrfan Can Kahveci ötən gün Bolqarıstanla matçda zədələnib.

Apasport.az xəbər verir ki, o, sol topuq nahiyəsindən aldığı zədə səbəbindən ilkin heyətdən kənarlaşdırılıb.

Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. 

Bildirilib ki, İrfanın səhhəti ilə bağlı qiymətləndirmə və müayinələr başa çatdıqdan sonra futbolçunun müalicəsi klubunda davam etdiriləcək.

Qeyd edək ki, Türkiyə yığması oktyabrın 14-də 2026 dünya çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstan yığmasını qəbul edəcək. 

Nigeriya yığması üçün qorxulu an: Ndidi və Osimhenin olduğu təyyarə təcili eniş etdi

Bruno Fernandeş Bundesliqa klubuna keçir?

“Çelsi”nin futbolçusu millinin düşərgəsində zədələnib

Fransa klubunun yeni baş məşqçisi bəlli olub - RƏSMİ

“Roma” türkiyəli müdafiəçi ilə bağlı qərarını verib

Seçilən
43
apasport.az

1Mənbələr