AZ

Türkiyəli qapıçı milli komandanın düşərgəsini icazəsiz tərk edib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 12 oktyabr, AZƏRTAC

Futbol üzrə Türkiyə millisinin düşərgəsində xoşagəlməz hadisə baş verib.

AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, yığmanın qapıçısı Bərkə Özər komandanın düşərgəsini icazəsiz tərk edib.

Buna “ay-ulduzlular”ın DÇ-2026-nın seçmə mərhələsinin Bolqarıstanla səfər oyununda (6:1) qolkiperin adının iştirak ərizəsinə salınmaması səbəb olub.

Məşqçilər heyətinin qərarından narazı qalan qapıçı milli komandanın düşərgəsini özbaşına tərk edib. Onun əvəzinə yığmaya “Başakşəhər”in qolkiperi Məhəmməd Şəngəzər dəvət olunub.

Qeyd edək ki, Türkiyə millisi seçmə mərhələdə növbəti oyununu oktyabrın 14-də doğma meydanda Gürcüstan yığmasına qarşı keçirəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
4
azertag.az

6Mənbələr