Vətəninfo.az xəbər verir ki, bunları Gənclərin Töhfəsi ictimai birliyinin sədri Asim Vəliyev səsləndirib. O deyib ki, zəngin həyat, “sevgili ovu”, yalan münasibətlər xoşbəxtliyin açarı kimi təqdim edilir:
“Ən qorxulusu odur ki, bu saxta həyatın imitasiyası artıq bizim cəmiyyətimizdə də baş verir. Gənclər ekrandakı münasibətləri gerçək sayır. Ailələr isə o “ekran modellərinin” təzyiqi altında parçalanır. Qadınlar serial qəhrəmanlarına, kişilər isə o saxta “ideal obrazlara” bənzəməyə çalışır. Nəticədə reallıqla yalan arasında sərhəd silinir”.

Asim Vəliyev qeyd edib ki, ənənə, ailə, sevgi, sədaqət kimi dəyərlərin hamısı reytinqin qurbanına çevrilir:
“Ekranlarda gördüyümüz zəhər, artıq küçələrdə, münasibətlərdə, ailələrdə dolaşır. Bu cür seriallar qadağan edilməli və ciddi nəzarət altına alınmalıdır. Çünki bir millətin dəyərləri bir gün ekran qarşısında, səssiz-səmirsiz şəkildə məhv olur. Biz sadəcə baxırıq”.