AZ

37 yaşını meydanda qeyd edəcək hakim

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna - Azərbaycan oyununu Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim isə Sebastyan Qishamerdi. O, matç günü - oktyabrın 13-də 37 yaşını tamamlayacaq.Qishamer buna qədər iki dəfə azarkeşlik etdiyimiz oyunlara təyinat alıb. 2021-ci ilin noyabrında keçirilən Azərbaycan - Lüksemburq oyununda VAR hakiminin köməkçisi, “Haken” - “Qarabağ” matçının isə baş hakim olub. Milli komandamız 1:3 hesabıyla məğlub olub, “Qarabağ” isə 1:0 hesabıyla qələbə qazanıb. Referi Göteborqda keçirilən matçda “Qarabağ”ın iki futbolçusuna - Maksim Medvedevlə Bədavi Hüseynova vərəqə göstərib.MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
92
1
icma.az

2Mənbələr