AZ

Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının Baş Assambleyası başlayıb, qurumun prezidenti seçiləcək

Bu gün Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının (International Association of Judges) 67-ci Baş Assambleyası başlayıb...

APA-nın xəbərin görə, Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev Prezident İlham Əliyevin Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iştirakçılarına müraciətini oxuyub.

Azərbaycan Hakimlər İttifaqının sədr müavini, Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev deyib ki, beynəlxalq hüquq ictimaiyyətinin üzvləri Azərbaycanın ədliyyə sahəsindəki baxışını, hakimlərimizin fədakarlığını və ölkəmizin məhkəmə müstəqilliyinə dair mövqeyini görə bilərlər: “Keçən il Keyptaun şəhərində keçirilən Baş Assambleyada gizli səsvermə yolu ilə 67-ci illik toplantının Azərbaycana həvalə edilməsi qərara alındıqda, mən Azərbaycanda məhkəmə müstəqilliyinə dair mövqeyimizi bölüşdüm. Bu gün çox şadam ki, bunu şəxsən görmək imkanı əldə edəcəksiniz”.

Azərbaycan Respublikası Ali Məhkəməsi və Məhkəmə-Hüquq şurasının sədri İnam Kərimov qeyd edib ki, Azərbaycan Hakimlər İttifaqının Beynəlxalq Hakimlər Assosiasiyasında bir körpü rolunu oynamasından böyük qürur duyuruq: “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq qəbul edilən Konstitusiyamız qanunun aliliyini və hakimiyyətin bölgüsünü təsbit etdi. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar sayəsində bu, daha da möhkəmləndirilib və ədalət mühakiməsinin idarə olunması dövlətçiliyimizin ən dinamik dayaqlarından birinə çevrilib”.

Ali Məhkəmənin sədri sürətlə dəyişən dünyada hüququn üstünlüyünün qorunub-saxlanılmasının vacibliyini vurğulayıb: “Ölkələrinizə qayıdarkən təkcə Azərbaycan mədəniyyətinin və qonaqpərvərliyinin xatirələrini deyil, həm də ədalət işinin bizi bütün sərhədlərin fövqündə birləşdirdiyi inamını özünüzlə aparasınız”.

Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti Duro Sessa deyib ki, məhkəmə sisteminə qarşı yönəlmiş strategiya ən açıq şəkildə media kampaniyasında özünü göstərir, hakim artıq hüquqi deyil, siyasi ittihamlarla üzləşir: “Demokratik, konstitusiyalı dövlətdə məhkəmə qərarları tənqidə, o cümlədən sərt tənqidə açıq olmalıdır. Lakin bu gün şahidi olduğumuz vəziyyət tənqiddən çox-çox irəlidir. Bu, məhkəmə hakimiyyətinin bir institut kimi səlahiyyətlərinə qarşı hücumdur. Məhkəmələrin tam müstəqil qalması həyati əhəmiyyət daşıyır”.

Baş Assambleya müzakirələrlə davam edib.

Poliqon.info

Seçilən
36
1
poliqon.info

10Mənbələr