"Gələcəyə nikbin baxmaq istəyiriksə, çəkinmədən mübarizə aparmalıyıq".

Offsideplus.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.

O, Ukrayna ilə görüş öncəsi mətbuat konfransında iştirak edib və jurnalistlərin suallarını cavablandırıb:

- Sabahkı oyun üçün strategiya və taktika başqa cür olacaq? Yoxsa, əks-hücum oynayacaqsız?

- Necə ki, Ukrayna Fransaya qarşı mübarizə aparırdı, rəqib ondan üstün idi. Ukrayna da tələsmədi, bütün oyunu əks-hücumda keçirirdi. Bu da normaldır. Bu gün də bizlə Ukrayna arasındakı fərq də məlumdur. Oyunun gedişatı da önəmlidir. Çalışdığımızın alınıb-alınmaması da önəmlidir. Bəzi fikirlərimiz var. Bunu indi deməyimiz düzgün olmaz. Rəqibə görə də bəzi dəyişikliklər olacaq. Mübarizə aparacağıq.

- Sergey Rebrov Bakıdakı oyundan danışarkən, müxtəlif bəhanələrlə qazandığınız bir xala kölgə salmağa çalışıb...

- Bizim ilk oyunumuz idi. Rəqibi tam təhlil etməmişdik. Meydança o qədər də keyfiyyətsiz deyildi. Ola bilər ki, Avropadakı meydançalarla müqayisədə bir az ağır idi. Amma məncə, oyun bir xalı haqq edirdi. Çünki fubtolçularımız mübarizə apardı. Ukrayna bizdən üstün idi, qol epizodları barəsində. Amma bu oyunda bir xalı haqq edirdik.

A. Abbasov sabahkı görüşdə 23-lükdə olmayacaq oyunçuları da açıqlayıb. Fransa ilə görüşdə olduğu kimi İsmayıl İbrahimli və Ceyhun Nuriyevin bu matçda iştirak etməyəcəyini söyləyib. Renat Dadaşov da tam hazır olmadığına görə bu oyunu qaçıracaq.