AZ

11 oktyabr – Ümumdünya Qız Uşaqları Günü qeyd olundu - FOTOLAR

“Bilim Bakı” və “Metropark”da qız uşaqları üçün kino və əyləncə proqramı keçirilib.

QHT.az xəbər verir ki, 11 oktyabr 2025-ci il tarixində Ümumdünya Qız Uşaqları Günü münasibətilə uşaqlar üçün xüsusi proqram təşkil olunub.

Günün əvvəlində “Bilim Bakı” Mərkəzində kino təqdimatı keçirilib və iştirakçılar film nümayişi ilə həm əyləniblər, həm də maarifləndirici məlumatlar əldə ediblər. Tədbir iştirakçıları sertifikatlarla təltif olunublar.

Daha sonra uşaqlar üçün Metroparkda gəzinti, kino seansı və əyləncəli oyunlar təşkil olunub. Onlar interaktiv fəaliyyətlərdə iştirak edərək həm əylənmiş, həm də sosial ünsiyyət bacarıqlarını inkişaf etdirmişlər.

Bu təşəbbüs qız uşaqlarının sosial və mənəvi inkişafını dəstəkləmək, onların xoşbəxt və aktiv uşaqlıq keçirməsini təmin etmək məqsədilə həyata keçirilib.

Dəstək olan bütün təşkilatçılara və tərəfdaşlara dərin təşəkkürümüzü bildiririk.

Seçilən
101
qht.az

1Mənbələr