ABŞ Prezidenti Donald Tramp İsrailə yola düşüb.
Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri oktyabrın 13-də Təl-Əvivdə azad edilməsi planlaşdırılan girovlar və ailələrlə görüşəcək. Daha sonra onun Knessetdə çıxışı nəzərdə tutulub. Bundan sonra ABŞ lideri Misirin Şarm-əl-Şeyx şəhərinə yollanacaq və Yaxın Şərq Sülh Sammitində iştirak edəcək.
Səfər həmin gün başa çatacaq.