AZ

Norveç həbsxanalarında yer çatışmır

Norveç həbsxanaları bəzilərinin bağlanması və işçilərin başqa qurumlara köçürülməsi səbəbindən həbsxana yer çatışmazlığı ilə üzləşib.

AzPost bildirir ki, bu barədə yerli televiziya kanalı TV2 xəbər verir.

Oslo, Sarpsborg və Drammen şəhərlərində yerləşən üç həbsxana yanğın təhlükəsizliyi ilə əlaqədar bağlanıb. Bu obyektlərdəki işçilər krallığın digər qurumlarına, o cümlədən gömrük və silahlı qüvvələrə köçürülüb. Nəticədə kadr çatışmazlığı yaranıb. Bəzi işçilər iş şəraiti və maaşın aşağı olması səbəbindən istefaya gedirlər.

Telekanalın məlumatına görə, hazırda həbsxanalarda 560 yer çatışmır.

Problemi həll etmək üçün səlahiyyətlilər hər kameraya iki nəfərin yerləşdirilməsi və məhbusların vaxtından əvvəl azadlığa buraxılma imkanlarının artırılması kimi variantları nəzərdən keçirirlər.

AzPost.az

Seçilən
88
azpost.info

1Mənbələr