AZ

FHN: Ötən həftə 211 yanğına çıxış olub, 5 nəfərin meyiti aşkarlanıb

Ötən həftə ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları tərəfindən ölkə üzrə ümumilikdə 211 yanğına müdaxilə edilib. Bu barədə nazirlik açıqlama yayıb.

7 gün ərzində daxil olan zənglər əsasında 28 halda köməksiz vəziyyətdə qalma, 7 avtonəqliyyat qəzası və 1 partlayış hadisəsi ilə bağlı da qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN bildirir ki, görülmüş operativ tədbirlər nəticəsində 13-ü azyaşlı olmaqla 41 nəfər xilas edilib, 5 nəfər xəsarət alıb, 5 nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.

Nazirlik əlavə edib ki, yanğınların qarşısının alınması və insan həyatının xilas edilməsi məqsədilə təcili və təxirəsalınmaz tədbirlər vaxtında görülüb.

 

Seçilən
311
49
anews.az

10Mənbələr