AZ

DÇ-2026: Azərbaycan millisi Polşada Ukrayna ilə qarşılaşır

Futbol üzrə Azərbaycan yığması bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, D qrupunda yer alan millimiz 4-cü tur çərçivəsində Ukrayna yığmasının qonağı olacaq.

Polşanın Krakov şəhərindəki “Krakoviya” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

Tərəflərin Bakıdakı oyununda qalib müəyyənləşməyib – 1:1. Sergey Rebrovun çalışdırdığı rəqib komanda  qələbə qazanmağa çalışacaq. Amma Ayxan Abbasovlu millimiz də bu görüşdə ən azı uduzmamağı hədəfləyib.

Bu gün keçiriləcək D qrupunun digər oyununda İslandiya Fransanı qəbul edəcək.

DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
13 oktyabr

Azərbaycan Ukrayna
Baş hakim: Sebastyan Qişamer (Avstriya).
“Krakoviya” stadionu. Saat 22:45.

Seçilən
9
22
fanat.az

10Mənbələr