AZ

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Oktyabrın 11-də və 12-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 35, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Seçilən
19
39
operativmedia.az

10Mənbələr