AZ

Türkiyə millisində intizam pozuntusu: Berke Özerə 1 ilədək cəza verilə bilər

Türkiyə millisinin və "Lill"in qolkiperi Berke Özer cəzalandırıla bilər.

Buna səbəb futbolçunun DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Bolqarıstanla matçdan sonra komandanın düşərgəsini icazəsiz tərk etməsidir. 

Apasport.az-ın məlumatına görə, Türkiyə Futbol İntizam Təlimatında yer alan maddəyə əsasən, üzrlü səbəb olmadan rəsmi və ya özəl milli yarışlarda və ya hazırlıqlarda iştirak etməyən, gec qatılan, yaxud məşq və ya yarış yerini tərk edən futbolçular 2 aydan 1 ilədək yarışlardan kənarlaşdırılmaqla cəzalandırılır.

Berke Özerin bu maddə ilə cəzalandırılacağı gözlənilir. TFF bunu FİFA-ya bildirərsə, FİFA İntizam Komitəsi cəzanın beynəlxalq olub-olmamasına qərar verəcək.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası futbolçunun öz istəyi ilə və icazəsiz düşərgədən ayrıldığını açıqlasa da, 25 yaşlı qolkiper qurumun sözlərini inkar edib. O, texniki və inzibati heyətin icazəsi ilə təlim-məşq toplanışını tərk etdiyini bildirib. 

“Fənər”in iki futbolçusu komandadan kənarlaşdırılıb

Suarez karyerasında 600-cü qolunu vurub

Günün canlı yayımlanacaq oyunları

Türkiyə yığmasının qapıçısı komandanı tərk edib

Türkiyə millisində ciddi itki

Seçilən
10
apasport.az

1Mənbələr