AZ

Toz pudra istifadəsindən sonra ölən qadının ailəsi təzminat alacaq

Saglamolun portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"JOHNSON&JOHNSON" MƏHKƏMƏDƏ UDUZDUABŞ-də məşhur şirkət pensiyaçı qadının ölümünə görə 966 milyon dollar təzminat ödəməli olacaq.ABŞ-də məhkəmə "Johnson&Johnson" (J&J) korporasiyasının üzərinə talk əsaslı toz pudranın istifadəsindən sonra ölən pensiyaçı qadının ailəsinə 966 milyon dollar məbləğində təzminat ödəmək öhdəliyi qoyub. Kaliforniyadan olan qadının 88 yaşı vardı.Məhkəmə "Johnson&Johnson"u (J&J) 2021-ci ildə nadir xərçəng növündən ölən qadının ailəsinə 966 milyon dollar ödəmək öhdəliyi qoyub. Mərhum Mey Murun qohumları iddia edirlər ki, onda mezotelioma "J&J"nin tərkibində asbest olan talkəsaslı uşaq pudrasını istifadə etdikdən sonra inkişaf edib. Korporasiya dəymiş ziyan müqabilində 16 milyon dollar təzminat və 950 milyon dollar cərimə ödəməlidir. Bununla belə, "Johnson&Johnson"un vitse-prezidenti Erik Haas məhkəmənin qərarı ilə razılaşmadığını bildirərək, apellyasiya məhkəməsinə şikayət etmək niyyətində olduğunu deyib.Şirkətin nümayəndələri uşaq pudrasının tərkibində asbest olduğunu inkar edirlər. Buna baxmayaraq, "Johnson&Johnson" talkəsaslı məhsulun satışını dayandırıb, çünki Mey Murun işi ilk belə hadisə deyil.

Saglamolun.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
3
saglamolun.az

3Mənbələr