AZ

Macarıstan da Sülh Sammitində iştirak edəcək

Macarıstanın Baş naziri Viktor Orban Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Şarm əş-Şeyxdə keçirilən “sülh sammitində” iştirak edəcək. Baş nazir ABŞ Prezidenti Donald Trampın dəvəti ilə iştirak etdiyini bildirib.

Məlumatı TASS verib. 

“Onun dəvəti ilə mən bu gün Şarm əş-Şeyxdə ABŞ, Qətər, Türkiyə və Misir liderlərinin Yaxın Şərq üçün sülh planını imzalayacağı Sülh Sammitində iştirak edəcəyəm. Bu, çox böyük nailiyyətdir. Prezident Tramp buna nail olub və müharibə tərəfdarlarının çağırışlarına boyun əyməsək, o, Ukraynada da sülhə nail olacaq. Biz ona hər cür dəstək veürməliyik”, - Orban bildirib. 

Onun sözlərinə görə, “hər yerdə, istər Yaxın Şərqdə, istər Qafqazda, istərsə də Ukraynada sülh naminə birgə işləyən qlobal sülhməramlılar şəbəkəsi mövcuddur. Macarıstan bu sülhməramlılar şəbəkəsinin, ağıllı insanlar ittifaqının üzvü olmaqdan qürur duyur”, - baş nazir əlavə edib.

Sentyabrın 29-da Ağ Ev Trampın Qəzza zolağında münaqişənin həlli planını açıqlayıb. 20 bənddən ibarət sənəd digər məsələlərlə yanaşı, Fələstin anklavında müvəqqəti xarici idarəetmənin tətbiqini və beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini tələb edir. İsrail planla razılaşdığını açıqlayıb. HƏMAS Qəzzada saxlanılan bütün israilli girovları azad etməyə və ölənlərin cəsədlərini təhvil verməyə hazır olduğunu bildirib.

P.Əmircanov
XQ

 

Seçilən
7
xalqqazeti.az

1Mənbələr