Humanitar əməkdaşlığın digər parlaq nümunəsi III MDB Oyunları oldu. Gəncə və digər şəhərlərdə keçirilən bu tədbir gəncləri, idmançıları və mədəniyyət nümayəndələrini bir araya gətirdi. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, idman və mədəniyyət xalqlar arasında ən təsirli ünsiyyət vasitələrindəndir. Azərbaycanın bu platformadakı təşəbbüsləri MDB-nin humanitar müstəvidə yenilənməsinə böyük töhfə verdi.
Bu siyasət Azərbaycanın beynəlxalq imicinin formalaşmasında da mühüm rol oynayır. Humanitar diplomatiya təkcə mədəniyyətin təşviqi deyil, həm də sülhün, qarşılıqlı hörmətin və dayanıqlı inkişafın əsas dayağıdır. Azərbaycan bu dəyərləri regional və beynəlxalq səviyyədə fəal şəkildə təbliğ edir.
Beləliklə, Azərbaycanın mədəni və humanitar əməkdaşlığa verdiyi önəm onun xarici siyasətinin humanist və praqmatik mahiyyətini əks etdirir. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində ölkəmiz MDB-də və onun hüdudlarından kənarda birləşdirici, sabitlik yaradan mədəni qüvvə kimi tanınır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31