AZ

4,4 milyon dollarlıq nar ixrac edilib

Bu ilin yanvar-avqust aylarında ölkədən 4,4 milyon ABŞ dolları dəyərində 5,1 min tondan çox nar ixrac edilib.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata  görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 31,8 faiz və ya 1 milyon dollar, həcm baxımından isə 38,4 faiz və ya təqribən 1,4 min ton çoxdur.

Cari ilin ilk səkkiz ayında narın ümumi ixracda xüsusi çəkisi 0,03 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,18 faizə bərabər olub.

Seçilən
38
49
operativmedia.az

10Mənbələr