Atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində 83 fələstinli məhbus azad edilib.
Newscenter.az-ın məlumatına görə, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi xəbərə görə, İsrail Qəzzada atəşkəs və məhbus mübadiləsi çərçivəsində işğal altındakı İordan çayının qərb sahilində Ramallah yaxınlığında yerləşən Ofer həbsxanasından fələstinli məhbusları azad edib.
HƏMAS isə Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşması çərçivəsində 20 israilli məhbusu BQXK nümayəndə heyətlərinə təhvil verib və bütün sağ qalan israilli məhbusları azad edib.
Fələstinli Məhbusların Media Ofisi həmçinin İsrailin atəşkəs çərçivəsində azad edəcəyi ömürlük həbs cəzasına məhkum edilmiş 250 fələstinlinin, həmçinin 2023-cü ilin oktyabr ayından Qəzzada saxladığı 1718 nəfərin siyahısını dərc edib.
Mehman Mehdiyev