AZ

Netanyahu: “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”

Ordumuz Qəzza müharibəsində təxminən 2 000 hərbçisini itirib.

Bizim.Media xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza müharibəsi ilə bağlı son açıqlamasında bildirib.

Xatırladaq ki, bu gün Misirin Şarm əl-Şeyx şəhərində Qəzza müharibəsi ilə bağlı Yaxın Şərq Sülh Sammiti keçirilir.
 

Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Misir Prezidenti Abdel Fattah əs-Sisi, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniya Kralı II Abdullah ibn əl-Hüseyn, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani, Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə, Fələstin lideri Mahmud Abbas, İndoneziya Prezidenti Prabovo Subianto, Fransa Prezidenti Emmanuel Makron və digər rəsmi şəxslər iştirak edirlər.


Yeri gəlmişkən, İsrail həmin tədbirə qatılmayacaq.

Bizim.Media

Seçilən
17
1
bizim.media

2Mənbələr