Sea Breeze

Ölkəmizdə ildə 2 dəfə olaraq təşkil olunan və bütün təhsil sektorunu əhatələyən “TəhsildəSƏN 5” adlı forum keçirildi.

Artıq 5 ci dəfədir ki , təşkil olunan forumda həm dövlət, həm də özəl sektordan 15 Spiker öz təcrübələrini və yanaşmalarını 250 ə yaxın forum iştirakçısı ilə bölüşdü.

Açılış nitqi ilə Azərbaycan Respublikası Milli Məclisinin 6 cı və 7 ci çağırış deputatı , ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov foruma başlayaraq tədbirin əhəmiyyətini və təşkilatçılığın peşəkarlığını vurğuladı. Daha Sonra isə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət bəy Əlizadə , Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı Departamentinin Peşə hazırlığının təşkili şöbəsinin müdiri Fərid bəy Həsənov , Tələbə Təhsil Kredit Fondunun mütəxəssisi Aygün Məmmədzadə çıxış edərək forumun devizi olan Təhsildə dəyərlər və eləcə də təmsil etdikləri qurumların Təhsildə dəyər yaratmaq üçün gördükləri işlər haqqında məlumat verdilər.

Forum 2 hissədən ibarət olub əsasən iştirakçıların bir biri ilə sərbəst ünsiyyəti və yeni əlaqələrin qurulması üçün şərait yaratdı. Peşə Təhsili, Beynəlxalq İmtahanlar, ixtisas seçimi, məktəbəqədər və ibtidai təhsil , Xaricdə Təhsil , xarici dil biliyi, inklüziv təhsil, emosional zəka və digər mövzular haqqında spikerlərin fikirlərini dinləyən forum iştirakçıları forumun sonunda Sertifikat əldə etdilər.

“World” Karyera və Peşə Mərkəzi tərəfindən təşkil olunan forumda bu vaxta qədər 2200 dən çox iştirak , 150 dən çox təhsil şirkəti və 90 dan çox Spiker iştirak etmişdir. Forumun məqsədi Təhsilin və Maariflənmənin önəmini vurğulamaq, təhsil şirkətlərini peşəkar şəkildə tanıtmaq, dövlət və özəl sektor arasında əməkdaşlıqları genişlətmək , eləcə də sektorun inkişafına şərait yaratmaqdır

Baku Build
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX