"Qalatasaray" bu mövsüm parlaq çıxışı ilə diqqət mərkəzinə düşən Vilfrid Sinqonun transfer dəyərini 50 milyon avro olaraq qiymətləndirib.
Fanat.Az xəbər verir ki, "Cim-Bom" yay transfer pəncərəsində futbolçunu 30 milyon avroya transfer etmişdi.
İndi isə sarı-qırmızılılar 24 yaşlı müdafiəçini yalnız 50 milyon avrodan aşağı qiymətə buraxmaq niyyətində deyil.
Bu barədə məlumatı tanınmış jurnalist Mehmet Özcan yayıb.
Qeyd edək ki, bu mövsüm sarı-qırmızılı forma ilə 7 matçda iştirak edən Fildişi Sahilili müdafiəçi fərqlənməyi bacarmayıb.