AZ

Şaraa Bəşər Əsəddən DANIŞDI

Suriya Prezidenti Əhməd Əş-Şaraa "CBS News"-un məşhur “60 Minutes” proqramında jurnalist Margaret Brennanın İsraillə bağlı suallarını cavablandırıb. 

"Cebheinfo.az" xəbər verir ki, Şaraa bildirib ki, İsrail iki dəfə Prezident sarayının bağçasını bombalayıb və onlardan birində özü də binada olub:

“Bir mesaj vermək üçün sarayı hədəf almaq sadəcə mesaj deyil, bu müharibə elanıdır. Lakin Suriya müharibəyə girmək istəmir və nə İsrailə, nə də başqa bir ölkəyə təhdid yaratmaq niyyətində deyil”.

Şaraa əlavə edib ki, İsrail 8 dekabrdan sonra ələ keçirdiyi bütün bölgələrdən geri çəkilməlidir:

“Biz paytaxt Dəməşqə gəldiyimiz gündən bəri Suriya İsraili təhrik etməyib. İnfrastruktur yenidən qurulduqdan və suriyalılar şəxsiyyət vəsiqələri və digər zəruri sənədləri aldıqdan sonra ümumi seçkilər keçiriləcək”.

Suriya Prezidenti ölkədəki hər kəsin səsvermə hüququna malik olacağını vurğulayıb.Eyni zamnda, müxaliflər tərəfindən devrilən Suriyanın keçmiş prezidenti Bəşər Əsəd haqqında danışan Şaraa bunları deyib:

“Bəşər Əsədin ədalət qarşısına çıxarılması üçün mümkün olan bütün hüquqi yolları sınayacağıq. Lakin hazırda Rusiya ilə qarşıdurmaya girmək Suriya üçün çox baha başa gələ bilər və bu, ölkənin maraqlarına uyğun deyil”.

Seçilən
86
cebheinfo.az

1Mənbələr