AZ

Azərbaycanın Yaxın Şərq Sülh Sammitinə dəvət olunması rəsmi Bakının beynəlxalq nüfuzunun göstəricisidir – RƏY

Azərbaycan Prezidentinin Yaxın Şərq Sülh Sammitinə dəvət olunması rəsmi Bakının beynəlxalq nüfuzunun və geosiyasi çəkisinin göstəricisidir.

NOCOMMENT.az xəbər verir ki, bu fikri “Report”a Milli Məclisin deputatı Azər Kərimli deyib.

O qeyd edib ki, məhdud sayda liderlərin iştirak etdiyi bu formatda Azərbaycanın təmsil olunması Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemində formalaşan yeni reallıqlar fonunda etibarlı tərəfdaş, qətiyyətli və müstəqil qərarverici lider kimi qəbul edildiyini sübut edir:

“Bu, həm də Azərbaycanın təkcə regional deyil, qlobal problemlərin həllində də konstruktiv mövqeyə malik olmasının qəbul edilməsi deməkdir.

Oktyabr ayında dövlət başçısının dörd fərqli coğrafiyada keçirilən beynəlxalq tədbirlərdə iştirakı, Azərbaycanın xarici siyasətinin çoxvektorlu xarakterini və diplomatik fəallığın coğrafi sərhədləri aşdığını nümayiş etdirir. Bu, həm balanslaşdırılmış, həm də təşəbbüskar siyasətin nəticəsidir. Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-logistika, humanitar əməkdaşlıq və sülh təşəbbüslərində oynadığı rol artıq qlobal müzakirələrin ayrılmaz hissəsinə çevrilib”.

A. Kərimli vurğulayıb ki, Yaxın Şərq Sülh Sammitində Azərbaycanın iştirakı həm də regionlararası diplomatiya konsepsiyasının real təzahürüdür:

“Qərb və Şərq, Şimal və Cənub arasında körpü rolunu oynayan Azərbaycan bu platformada sülh, dialoq və qarşılıqlı etimad çağırışlarını səsləndirərək, beynəlxalq sistemdə etimadlı vasitəçi obrazını daha da gücləndirir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan artıq qlobal məsələlərin kənarında qalan ölkə deyil. Əksinə, bu məsələlərin həllinə təsir göstərən, yeni siyasi və iqtisadi balansın formalaşmasında payı olan dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və müstəqil xarici siyasət Azərbaycanı beynəlxalq sabitlik, əməkdaşlıq və təhlükəsizlik gündəliyinin aktiv iştirakçısına çevirib”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

Seçilən
29
36
nocomment.az

10Mənbələr