BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şəriflə qucaqlaşır.
Daha sonra Pakistan lideri Əliyevlə eyni masa arxasında dayanmış Ermənistanın Baş naziri Nikol Paşinyana yaxınlaşır.
"Çox sevinirəm ki, bir birinizlə danışırsınız", Şərif keçmişin küsülülərinə xitab edir.
Liderlərin bu görüşü Misirdə baş tutub.
Onlar Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Şarm əl-Şeyxə toplaşıblar.
İlham Əliyev Fələstin Dövlətinin rəhbəri Mahmud Abbasla da görüşüb.
Macarıstanın Baş naziri Viktor Orban isə İlham Əliyevin qarşısında təzim edib.
Videoya YouTube kanalımızda baxın.