AZ

Trampın uğursuz addımı: Ərdoğan və Əs-Sudani Netanyahunun Qəzza sammitinə gəlməsinin qarşısını alıblar...

Türkiyə və İraq liderləri İsrail baş nazirinin Şarm əl-Şeyxdəki sülh sammitinə qatılmasına etiraz ediblər...

Poliqon xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanİraqın baş naziri Məhəmməd Şia Əs-Sudani İsrail və HƏMAS arasında müharibənin başa çatması münasibətilə Misirdə keçirilən sülh sammitində iştirakdan imtina etməyə hazır olublar. Bu barədə türkiyəli “Milliyet” qəzeti və iraqın INA Agentliyi məlumat yayıb.

“Milliyet”in yazdığına görə, Ərdoğan sammitdə iştirak üçün Şarm əl-Şeyxə yollanıb, lakin onun təyyarəsi bir müddət eniş etməyib. Prezident, İsrailin baş naziri Benyamin Netanyahunun Misirə gələ biləcəyi barədə xəbər aldıqdan sonra, təyyarənin yerə enməsinə icazə verməyib. Ərdoğan bəyan edib ki, əgər Netanyahu sammitə qatılarsa, Türkiyə tədbirdə iştirak etməyəcək. Bundan sonra İsrail baş nazirinin sammitə gəlməsi planı ləğv edilib və Ərdoğanın Qırmızı dəniz üzərində dövrə vuran təyyarəsi Şarm əl-Şeyxdə eniş edib.

INA agentliyinin məlumatına görə, İraq baş naziri Əs-Sudani də Misir və ABŞ tərəflərinə bildirib ki, Netanyahu sammitə qatılacağı təqdirdə, İraq da tədbirdən imtina edəcək. Agentliyə danışan mənbə qeyd edib ki, İsrailin baş nazirinin sammitə cəlb edilməsinə ABŞ Prezidenti Donald Tramp cəhd göstərib, lakin digər iştirakçıların mövqeyi İraqla eyni olduğundan, Trampın təşəbbüsü uğursuzluqla nəticələnib.

Sülh sammiti Yaxın Şərqdə müharibədən sonrakı vəziyyətin müzakirəsinə, humanitar yardım və bərpa prosesinin əlaqələndirilməsinə həsr olunub. Lakin İsrailin yüksək səviyyədə təmsil olunması məsələsi bir sıra ərəb və müsəlman ölkələrinin ciddi narazılığına səbəb olub.

Poliqon.info

Seçilən
1
poliqon.info

1Mənbələr