"Football-plus.az" xəbər verir ki, o, qələbəsini belə şərh edib:
“Bir neçə il əvvəllə müqayisədə bu gün tam fərqli pilotam. Özümü daha məqsədyönlü, daha inamlı hiss edirəm. Hər vəziyyətdə nə etməli olduğumu dəqiq bilirəm. Əlbəttə, yarış ərəfəsində bir qədər əsəbiydim, ancaq əlavə təzyiq hiss etmirdim. Bu, sadəcə, bir yarış idi, qələbə şansımın olduğunu bilirdim, özümü rahat hiss edirdim. Artıq çoxdan deyirəm: çempionluq uğrunda mübarizə aparmağa hazıram. Növbəti addımı atmaq ərəfəsindəyəm”.
Dünya çempionatının 18 mərhələsindən sonra 27 yaşlı britaniyalı 237 xalla şəxsi hesabda 4-cü yerdə qərarlaşıb.