AZ

Yaxın Şərq Sülh Sammiti və Azərbaycan

ain.az, Bizimyol saytına istinadən bildirir.

Məlum olduğu kimi, oktyabrın 13-də Misirin turizm şəhəri okan Şarm əl Şeyxdə Yaxın Şərq Sülh sammiti keçirilib.

Sammitin təşkilatçıları ABŞ və Misir olub. Azərbaycan prezidenti İlham Əliyev də burada iştirak edib. Azərbaycanın rəhbərinə ABŞ prezidenti Donald Trampdan dəvət gəlib.

Sammitdə 20-dən çox ölkə iştirak edir. Onların çoxu birinci dövlət və hökumət başçıları ilə təmsil olunur. Burada diqqət çəkən məqam odur ki, Çin sammitə, ümumiyyətlə, dəvət almayıb. Rusiya Hindistan isə dəvət olunsalar da, müxtəlifcür reaksiya veriblər. Rusiya sammitdə iştirakdan imtina edib, Hindistan isə xarici işlər naziri səviyyəsində iştirak edib. Hindistanın bu addımı, görünür, Çinlə və Rusiya ilə həmrəylik nümayişidir. Eləcə də, Səudiyyə Ərəbistanı da iştirak səviyyəsini aşağı salıb - Misirə xarici işlər nazirini göndərib.

Keçmiş Sovet məkanından yalnız Azərbaycan və Ermənistan bu sammitdə iştirak edir. Ermənistan, əlbəttə, Azərbaycanın sülh təşəbbüsünə cavab verdiyi üçün bu dəvətə layiq görülüb. Ancaq Azərbaycanın iştirakı onun Yaxın Şərqdəki proseslərə real təsiri ilə bağlıdır.

Bu prosesdə Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İndoneziya, Misir kimi ölkələrin təsiri böyükdür. Xüsusilə, Türkiyənin. Eyni zamanda məlumdur ki, Qəzza böhranında Türkiyə və İsrail qarşı-qarşıya gəliblər. Bu iki ölkənin hər biri ilə Azərbaycanın çox yüksək səviyyəli münasibətləri var. Eləcə də, bir az əvvəl adları sadalanan müsəlman ölkələri ilə. Bu da Azərbaycanı Yaxın Şərqdəki proseslərdə mühüm aktorlardan birinə çevirib.

Burada maraqlı nüanslardan biri Rusiyanın Moskvada Rusiya-Ərəb Sammiti keçirmək istəməsi və bir neçə ərəb ölkəsinin bu dəvətə rədd cavab verməsi, nəticədə Moskva sammitinin baş tutmamasıdır. Əvəzində Rusiya, eləcə də, İran Misirdəki sammitə getmək istəməyib. Bu, əslində hər iki dövlətin Yaxın Şərqdə mövqelərini nəzərəçarpacaq dərəcədə itirməsi ilə bağlıdır. Eyni zamanda Hindistanın da bu bölgədə zəiflədiyi hiss olunur. Əvəzində Türkiyə, Pakistan və Azərbaycan öz mövqelərini gücləndirib.

Ayrıca Azərbaycana baxsaq, Yaxın Şərq Sülh Sammitindən əvvəl bir neçə mühüm tədbir keçirilmişdi. İstər Türk Dövlətləri Təşkilatının zirvə görüşündə, istərsə də Müstəqil Dövlətlər Birliyinin zirvə görüşündə Azərbaycan diqqət mərkəzində - proseslərin mərkəzində olmuşdu. Yaxın Şərq Sülh Sammitinə də Azərbaycan əsas qonaqlardan, iştirakçılardan biri kimi diqqət mərkəzinə gəldi. Bu o deməkdir ki, Yaxın Şərqin yenidən şəkilləndirilməsində Azərbaycan əsas aktorlardandır.

Seyid Əhmədli,

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
icma.az

1Mənbələr