AZ

Ukrayna - Azərbaycan matçında millimizi neçə azarkeş dəstəkləyəcək? -SON DURUM

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün Polşanın Krakov şəhərində keçiriləcək Ukrayna - Azərbaycan matçını nəçə tamaşaçının canlı izləyəcəyi məlum olub.

Fanat.Az-ın "Krakoviya" stadionundakı qarşılaşmanı işıqlandırmaq üçün Polşaya ezam olunan əməkdaşının verdiyi məlumata görə, oyuna təxminən 120 azərbaycanlı bilet alıb.

Ukrayna yığmasını isə 7500-dən artıq tərəfdar dəstəkləyəcək.

Qeyd edək ki, görüşün start fiti Bakı vaxtı ilə 22:45-də səsləndiriləcək.

Nihat

Seçilən
21
1
fanat.az

2Mənbələr