AZ

Tramp Melonini “gözəl qadın” adlandırdı

Tramp Melonini “gözəl qadın” adlandırdı

Tramp Şarm-əl-Şeyxdə Meloni ilə zarafat edib

AFN.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Şarm-əl-Şeyxdə keçirilən “Sülh Sammiti”ndə İtaliya Baş naziri Ciorcia Meloni ilə zarafat edib. Tramp Melonini qarşılayarkən “Bu kimdir?” deyə soruşub və sonra əlini uzadaraq “Gözəl qadın” deyə özü cavab verib.

Qeyd edək ki, sammitdə Meloni yeganə qadın lider olub. Bundan əvvəl isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Melonini tərifləyərək gülərək siqareti tərgizməyi tövsiyə edib.

Sammit Misir Prezidenti Abdəl Fəttah əs-Sisi, Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Tani, ABŞ Prezidenti Tramp və Türkiyə Prezidenti Ərdoğanın iştirakı ilə Qəzza sektorunda atəşkəs razılaşmasının rəsmi imzalanması məqsədilə çağırılıb.

Seçilən
4
afn.az

1Mənbələr