ABŞ Prezidenti Donald Tramp tarixi günün sonunda Yaxın Şərqi tərk edib.
Bizim.Media xəbər verir ki, Tramp şəxsi təyyarəsi ilə Misiri tərk edib.
Qeyd edək ki, bu gün Misirin Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammiti keçirilib.
Sammitdə Misir, Qətər, ABŞ və Türkiyə liderləri Şarm əl-Şeyx Sülh Sammitində Qəzza zolağında yekun atəşkəs sazişi imzalayıblar.
Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə iştirak edib.
Bizim.Media