AZ

Qəzzada yekun atəşkəslə bağlı saziş imzalandı

Qəzzada yekun atəşkəslə bağlı saziş imzalandı

Şarm əl-Şeyxdə Qəzza ilə bağlı atəşkəs sazişi imzalanıb

AFN.az xəbər verir ki, Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində Qəzza zolağında atəşkəslə bağlı tarixi razılaşma imzalanıb. Sənəd Türkiyə, Qətər, ABŞ və Misir liderlərinin iştirakı ilə təsdiqlənib və bölgədə uzun illərdir davam edən silahlı qarşıdurmaya son qoymaq məqsədi daşıyır.

İmzalanma mərasimində çıxış edən ABŞ Prezidenti Donald Tramp bu razılaşmanı “Yaxın Şərq, eləcə də bütün dünya üçün böyük bir addım” kimi qiymətləndirib.

Məlumata görə, saziş çərçivəsində humanitar dəhlizlərin açılması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və yenidənqurma proqramlarının həyata keçirilməsi planlaşdırılır. Ekspertlər bu razılaşmanı bölgədə sabitliyin bərpası istiqamətində mühüm dönüş nöqtəsi kimi dəyərləndirirlər.

Seçilən
1
afn.az

1Mənbələr