ABŞ Prezidenti Donald Tramp bildirib ki, tərəflər Qəzza sektorunda vəziyyətin tənzimlənməsi üzrə onun planının üçüncü və dördüncü bəndlərinin icrasına başlayıblar.
Tramp bu açıqlamanı Şarm-əş-Şeyxdə keçirilən sülh sammitinin yekunları ilə bağlı çıxışında verib.
“Birlikdə hazırladığımız 20 bəndlik planın icrasına sadiqlik parlaq gələcəyə çatmaq üçün zəruri baza olar. Bu istiqamətdə işlər hazırda davam etdirilir. Hazırda biz üçüncü və dördüncü mərhələdəyik”, – deyə ABŞ lideri vurğulayıb.