Bakı. Trend:
Kabo-Verde milli komandası futbol üzrə 2026-cı il dünyaçempionatının seçmə mərhələsində Esvatini yığmasını 3:0 hesabı iləməğlub edərək, mundialın final mərhələsinə vəsiqə qazanıb.
Trend xəbər verirki, Afrika təmsilçisi qrupda 10 turdan sonra 23 xalla birinci yeritutaraq tarixi uğura imza atıb. Bu, Kabo-Verdə millisinin tarixindəilk dəfə dünya çempionatında iştirak edəcəyi deməkdir.
Kabo-Verde mundiala vəsiqə qazanan 22-ci komanda olub. Dahaəvvəl bu hüququ Meksika, ABŞ, Kanada (hamısı ev sahibi), Yaponiya,İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, YeniZelandiya, Argentina, Ekvador, Braziliya, Kolumbiya, Uruqvay,Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair və Qana milliləri əldəediblər.
Dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində keçiriləcək.