DÇ-2026-nın seçmə mərhələsində D qrupunun maraqla gözlənilən qarşılaşmasının ilk hissəsi yekunlaşıb.
Musavat.com xəbər verir ki, Krakovdakı "Krakoviya" stadionunda keçirilən Ukrayna – Azərbaycan oyununda fasiləyə qədər qalib müəyyənləşməyib. İlk 45 dəqiqə 1:1 hesabı ilə başa çatıb.
Matçı avstriyalı baş hakim Sebastyan Qishamer idarə edir.
İkinci hissədə hər iki komandanın qələbə üçün mübarizəni daha da gücləndirəcəyi gözlənilir.
Musavat.com