AZ

Şarm əl-Şeyx sammiti: Liderlər Qəzza üzrə Tramp planının növbəti mərhələsinə çağırdılar

BAKI, 14 oktyabr. TELEQRAF

Misirin Şarm əl-Şeyx şəhərində keçirilən “sülh sammitinin” iştirakçıları ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəsə dair planının növbəti mərhələlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Teleqraf xəbər verir ki, bu barədə sammitin yekun sənədində bildirilir.

Qeyd olunub ki, bundan sonrakı mərhələdə Qəzza sektorunun idarə olunması, infrastrukturun bərpası və siyasi nizamlanma məsələləri üzrə məsləhətləşmələr başlanmalıdır.

Sammitə sədrlik edən Misir prezidenti Abdel Fəttah əs-Sisi bəyan edib ki, Qahirə regional və beynəlxalq tərəfdaşlarla birlikdə Yaxın Şərqdəki uzunmüddətli münaqişələrə son qoymaq niyyətindədir.

Seçilən
31
teleqraf.com

1Mənbələr