AZ

QHT rəhbəri Şəhla İsmayıl barəsində CİNAYƏT İŞİ BAŞLANDI

News24 saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl haqqında cinayət işi başlanıb.

News24.az “Gununsesi.info”ya istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb.

Şəhla İsmayıl Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılan QHT-lərlə bağlı cinayət işi üzrə təqsirləndirilir.

Qeyd edək ki, Baş Prokurorluqda QHT-lərlə bağlı cinayət işi başlayandan sonra 5 nəfər həbs olunub, digər təşkilat rəhbərləri haqqında isə başqa yerə getməmə və s. qətimkan tədbirləri seçilib. Təqsirləndirilən QHT təmsilçilərindən bir neçəsinin, o cümlədən İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov, “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı, qadın hüquqlarının müdafiəsi ilə məşğul olan Nərgiz Muxtarovanın məhkəməsi başlayıb. Oktyabrın 22-də “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun da məhkəməsi başlayacaq

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
9
news24.az

10Mənbələr