AZ

Azad edilmiş ərazilərdə on minlərlə yeni iş yerlərinin açılması planlaşdırılır - Məmməd Musayev

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində əhalinin məşğulluğu vəsahibkarlıq fəaliyyəti üçün münbit şərait yaradılır, on minlərləyeni iş yerlərinin açılması planlaşdırılır.

Trend xəbərverir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidentiMəmməd Musayev 30-cu Yubiley Xəzər İnşaat Həftəsində bildirib.

O qeyd edib ki, Azərbaycanın azad olunmuş ərazilərə BöyükQayıdış Proqramı artıq praktik müstəvidə həyata keçirilir:

"Yalnız son iki il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadirayonlarında yüzlərlə infrastruktur layihələri, o cümlədən havalimanları, avtomobil yolları, dəmir yolları və enerji mərkəzləriistifadəyə verilib. Əhalinin məşğulluğu və sahibkarlıq fəaliyyətiüçün münbit şərait yaradılır, on minlərlə yeni iş yerlərininaçılması planlaşdırılır.

Qarabağın “yaşıl zona” elan olunması, alternativ və bərpa olunanenerji mənbələrinin tətbiqi ilə bağlı layihələr Azərbaycanın yaşılenerji ixracatçısı olacağına dair inamı daha damöhkəmləndirir".

“Bakı İnşaat” və “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı”sərgiləri sadəcə biznes platforması deyil, həm də Qarabağın bərpasıuğrunda birgə həmrəyliyin, əməkdaşlığın və gələcəyə inamınsimvoludur.

Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq, biz Qarabağınbərpası, sahibkarlığın inkişafı və ölkəmizin iqtisadi qüdrətininartırılması naminə bütün səyləri dəstəkləməyə hazırıq", - deyə M.Musayev əlavə edib.

Seçilən
10
az.trend.az

1Mənbələr