2025-ci ilin yanvar-sentyabr ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ödənişlərin cəmi məbləği açıqlanıb.
Marja.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Qeyd edilib ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən təqribən 577 milyon manat və ya 8,76% çox olmaqla 7 milyard 714 milyon manat vəsait ödənilib.